
Çin və Rusiya arasında münasibətlər möhkəmdir – Van Yi Çin
Çin-Rusiya münasibətləri möhkəmdir və qeyri-sabit beynəlxalq vəziyyətin təsiri altında dəyişmir.
Busaat.az xəbər verir ki, bunu bazar günü Çinin xarici işlər naziri Van Yi Çin diplomatiyasına həsr olunmuş simpoziumda deyib.
“Çin və Rusiya arasında saxlanılan münasibətlər möhkəmdir. Onlar müdaxilələrə və təxribatlara məruz qalmır, vəziyyətin ciddi dəyişməsi bu münasibətlərə zərər vermir” – deyə, nazir bildirib.
“Pekin və Moskva arasında əməkdaşlıq heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Çin və Rusiya hegemonluğa və yeni soyuq müharibəyə qarşı qətiyyətlə çıxış edirlər” – deyə, çinli nazir əlavə edib.
Nazir qeyd edib ki, hər iki ölkə qarşılıqlı strateji maraqları nəzərə alaraq və qarşılıqlı etimada əsaslanaraq ikitərəfli əməkdaşlığı fəal şəkildə təşviq edir. Onun sözlərinə görə, Çin və Rusiya arasında ticarət dövriyyəsi ildə 200 milyard dollar səviyyəsinə yüksəlir. Çin və Rusiya arasında qarşılıqlı ticarətdə milli valyutalarla hesablaşmalar genişlənir.
Busaat.az























