
Çin və Türkmənistan hərtərəfli strateji tərəfdaşa çevrilir?
Çin prezidenti Si Tsipin və türkmən həmkarı Sərdar Berdimuhammedov cümə günü iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildiyini elan ediblər.
Busaat.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, bu barədə qərar Pekinin Böyük Xalq Zalında (parlament) keçirilən danışıqlar zamanı qəbul edilib. İki ölkə liderləri Çin-Türkmənistan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan ediblər.
Busaat.az























