Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 465 $▼6.97%
  • Ethereum1 738 $▼9.81%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çin və Vyetnam arasında neft GƏRGİNLİYİ

image-323816
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“South China Sea Wave” adlı Çin sosial mediasında Cənubi Çin dənizi ilə bağlı xəbərlərin yer aldığı hesabata görə, Çin “Xiang Yang Hong 10” tədqiqat gəmisini iki sahil mühafizə gəmisinin müşayiəti ilə bölgəyə göndərib.

Busaat.az qeyd edilən mənbəyə istinadən xəbər verir ki, gəmiləri Quanqdonq və Haynan əyalətlərindən olan 7 balıqçı gəmisi müşayiət edib.

Vyetnam isə 5 gəmi göndərməklə cavab verərkən, bölgədə qarşılıqlı manevrlərlə gərginlik artıb.

Vyetnamın ayın əvvəlində məlumat qeydi ilə bölgədəki neft hasilatı fəaliyyətini “Blok 05-1A” yatağına qədər genişləndirəcəyini açıqlaması gərginliyə səbəb olub.

Məlumatda bunun 2002-ci ildə Çin və Cənub-Şərqi Asiya Millətlər Assosiasiyası (ASEAN) ölkələri arasında imzalanmış “Cənubi Çin dənizində Tərəflərin Davranış Qaydaları Bəyannaməsi”nə zidd olduğu iddia edilib.

Peyk izləmə məlumatları gəmilərin hərəkətini təsdiqləsə də, Çin və ya Vyetnamdan gərginliyi təsdiqləyən rəsmi açıqlama hələ verilməyib.

Cənubi Çin Dənizində Mübahisələr

Cənubi Çin dənizi sahilyanı ölkələri İkinci Dünya Müharibəsindən sonra müstəqillik əldə edib. Bundan sonra suverenliklə bağlı mübahisələr əsas predmeti olub.

Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 faizindən çoxunun suverenliyinə, qonşu ölkələr Vyetnam, Filippin, Malayziya və Bruni isə bölgədə hüquqlarına iddia edib.

ABŞ, eləcə də region ölkələri Çinin bölgədəki mübahisəli adalarda hərbi bazalar tikməsinə və mülki gəmi donanmalarını saxlamasına qarşı çıxır.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109610