Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 614 $▲2.35%
  • Ethereum1 836 $▲3.82%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çin xalqı Qərbin Tayvanda da Ukrayna ssenarisini həyata keçirməyə çalışdığına inanır – Ekspert

image-cin-den-tayvan-bogazi-nda-saldiri-tatbikati-1672056095-262-x750
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çin xalqı hesab edir ki, Qərb ölkələri Tayvanda növbəti Ukrayna ssenarisini həyata keçirməyi planlaşdırır.

Busaat.az xəbər verir ki, bunu Çinin Renmin Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Vanq Yivey Global Times qəzetinə bildirib.

“Böhranın əvvəlindən ABŞ və Qərb Tayvan adasını növbəti Ukrayna olaraq təsəvvür edir və bu, bir çox çinlinin Qərbin bu gün Rusiyaya etdiklərinin sabah Çin üçün də nəzərdə tutulduğuna inandığını göstərir” – deyə, Yivey deyib.

Yiveyin sözlərinə görə, Çin xalqı tədricən başa düşüb ki, Ukrayna böhranı daha çox ABŞ və NATO-nun Rusiyanı zəiflətmək üçün qurduğu tələyədir və münaqişə əslində Rusiya ilə bütün Qərb arasında gedir.

Qeyd edək ki, Pekin Ukraynadakı münaqişə baxımından balanslı mövqe tutub. Bəzi Qərb ölkələrinin çağırışlarına baxmayaraq, Çin Rusiyanı qınamayıb. Pekin dəfələrlə bəyan edib ki, Çin və Rusiya uzunmüddətli perspektivdə sabit və ahəngdar ikitərəfli münasibətləri inkişaf etdirməyə çalışırlar. Çin Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyəti şərh edərkən bəyan edib ki, Pekin bütün ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörməti, eləcə də sülh danışıqlarının asanlaşdırılmasına yönəlmiş səyləri dəstəkləyir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95435