
Çin “Yaogan-36” peyklərini orbitə buraxıb
Çin kosmosa yeni “Yaogan” sinifli Yer müşahidə peykləri göndərib.
Busaat.az xəbər verir ki, bu barədə Çinin Sinxua xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən “Long March 2D” raketi ilə “Yaogan-36” tipli üç peyk kosmosa buraxılıb.
Peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqeyə enib.
Buraxılış Long March raketləri ilə həyata keçirilən 451-ci uğurlu nəqliyyat missiyası olub.
Qeyd edək ki, Yaogan-36 peyklərinin birinci qrupu sentyabrın 26-da, ikinci qrupu isə oktyabrın 14-də orbitə buraxılıb.
Busaat.az























