Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 714 $▲0.94%
  • Ethereum1 811 $▲2.42%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çin Yaponiyaya SƏSLƏNDİ: "Əməkdaşlıq axtaran tərəfdaş olaq"

image-192113
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çin və Yaponiya “sıfır qazanclı oyun tələsinə” düşməkdənsə, “əməkdaşlıq axtaran tərəfdaşlar” olmalıdırlar.

Busaat.az xəbər verir ki, bunu Çinin Xarici İşlər naziri Wang Yi deyib.

Kyodo agentliyinin məlumatına görə, Yaponiya və Çində yerləşən təşkilatlar Tokioda “Çin-Yapon Forumu” mövzusunda iclas keçirib. İclasda Asiya ölkələrinin nümayəndələri və ekspertlər də iştirak edib.

Foruma göndərdiyi videomüraciətdə nazir Vanq Yaponiyanı ABŞ-ın Çini qlobal iqtisadiyyatdan ayırmaq üçün addımlarına kömək etməməyə çağırıb.

İki ölkəni “əbədi qonşular” olaraq xarakterizə edən Vanq Çin-Yaponiya iqtisadi və ticarət əlaqələrində pis niyyətli qarışıqlıqlara qarşı ayıq-sayıq olmaq lazım olduğunu söyləyib.

“Biz bir-birimizə səmimiyyət və anlayışla yanaşmalıyıq. Biz nə münaqişələrə qarışmalıyıq, nə də “sıfır qazanclı oyun tələsinə” düşməliyik” – deyə, Vanq deyib.

Yaponiyanın Xarici İşlər naziri Hayaşi Yoşimasa videomüraciətində ölkəsinin Çinlə bir çox əməkdaşlıq sahələrində ortaq olmasına baxmayaraq, iki ölkə arasında münasibətlərin problemlərlə üzləşdiyini bildirib.

Hayaşi bildirib: “Regionun sülh və rifahından məsul olan iki böyük güc olan bizlər, səmimi dialoq və konstruktiv əlaqələr üçün səy göstərməliyik”.

Qeyd edək ki, iki ölkə arasında 1972-ci ildə “Əbədi sülh və dostluq münasibətlərinin qurulması haqqında” razılaşma imzalanıb.
Bu il Yaponiya və Çin ikitərəfli diplomatik əlaqələrin normallaşmasının 50 illiyini qeyd edirlər.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93194