Çin yuanı ABŞ dolları qarşısında rekord həddə ucuzlaşıb – Nə baş verir?

image-4188847105260737814backend

Çin yuanı ABŞ dolları qarşısında yeni rekord minimuma çatıb.

Busaat.az xəbər verir ki, yuanın məzənnəsi 2011-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Bu, ABŞ mərkəzi bankının bu ayın əvvəlində faiz dərəcələrini artırmasından sonra dolların digər əsas valyutalara nisbətdə dəyər qazanmağa davam etdiyi bir vaxta təsadüf edir.

Artıq Asiyada əsas fond bazarı indeksləri kəskin şəkildə aşağı düşüb. Honq Konqun Hang Seng indeksi 3,4%, Yaponiyanın Nikkei indeksi 1,5%, Cənubi Koreyanın Kospi indeksi 2,4% ucuzlaşıb.

Həmçinin dollar aparıcı qlobal valyutalar qarşısında son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

Yuanın ucuzlaşması dolların möhkəmlənməsi nəticəsində valyutanın zəifləməsinə sadəcə bir nümunədir.

Valyutalar arasında yaşanan qiymət fərqləri ABŞ və Çinin daxili iqtisadi qərarlarının fərqliliyi fonunda yaşanıb ki, bu da dünya mətbuatında maraqla qarşılanıb. Belə ki, Çin Xalq Bankı (PBOC) Covid pandemiyası ilə məhv olmuş iqtisadiyyatda artımı canlandırmaq üçün faiz dərəcələrini azaldır, ancaq ABŞ Federal Ehtiyat Sistemi isə inflyasiyaya nəzarət etməyə çalışarkən əks istiqamətdə qərarlar verib.

Avstraliya Birlik Bankının beynəlxalq və davamlı iqtisadiyyat rəhbəri Cozef Kapurso BBC-yə bildirib ki, belə bir fikir ayrılığı tamamilə problemli deyil. Onun sözlərinə görə, valyutanın dəyərinin düşməsi əslində Çin ixracatçıları üçün faydalı ola bilər, çünki bu, onların mallarını ucuzlaşdıracaq və beləliklə dünyada Çin mallarına tələbi artıracaq. “Bununla belə, ixracat hazırda Çin iqtisadiyyatının yalnız 20%-ni təşkil edir, buna görə də zəif yuan Pekinin sıfır-Covid strategiyası və əmlak böhranı nəticəsində ölkə daxilində əsas zəifliyi aradan qaldırmayacaq” – deyə, Kapurso qeyd edib. Daha zəif valyuta həm də investorların pullarını ölkədən çıxarmasına və maliyyə bazarlarında qeyri-müəyyənliyə səbəb ola bilər.

Yuanın dəyər itirməsi regionun inkişaf etmiş iqtisadiyyatlarının valyutalarının, o cümlədən Avstraliya və Sinqapur dolları, eləcə də Cənubi Koreya vonunun zəifləməsinə səbəb olub.

Ötən həftə Yaponiya Mərkəzi Bankı 1998-ci ildən bəri ilk dəfə valyutanın dollar qarşısında zəifləməsindən sonra milli valyutanı dəstəkləmək üçün müdaxilə edib. Asiyanın inkişaf etməkdə olan bazarları da həssasdır – onlar Çinin fabriklərinə xammal və komponentlər satdıqları üçün getdikcə yuandan asılı vəziyyətə düşüblər.

Mütəxəssislər qeyd edir ki, güclü dollar dünya bazarlarını sarsıtsa da, FED-i uçot dərəcəsini artırmağa davam etməkdən çəkindirə bilməyəcək.

London İqtisadiyyat Məktəbinin xarici siyasət üzrə analitik mərkəzindən Dimitri Zabelin “Güclü dollar ABŞ bazarı üçün faydalıdır” deyə bildirib.

İndi Çinin mərkəzi bankı yuanın ucuzlaşmasını yavaşlatmağa çalışır. PBOC həmçinin bankların nə qədər xarici valyuta saxlamalı olduğunu da müəyyənləşdirəcək.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90