Çində 5 saatdan sonra yenə zəlzələ oldu – Video

image-cinbackend

Çinin şimal-qərbindəki Çinhay əyalətində 7,4 bal gücündə zəlzələ baş verib.

Busaat.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) yeraltı təkanların Qoloq Tibet muxtar prefekturasının dəniz səviyyəsindən 4200 metr yüksəklikdə yerləşən Maduo rayonunda qeydə alındığını açıqlayıb.

Zəlzələ ocağı yer səthindən 17 kilometr dərinlikdə olub.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Qeyd edək ki, hadisədən 5 saat əvvəl Çinin başqa bir ərazisində 6.1 bal gücündə zəlzələ baş verib. Nəticədə 3 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90