
Çində fabrikdə yanğın -36 ölü
Çinin Hanan əyalətində sənaye və kimyəvi maddələr istehsal edən fabrikdə yanğın baş verib.
Busaat.az xəbər verir ki, yanğın zamanı 36 nəfər həyatını itirib.
Anyang şəhərindəki fabrikdə gecə saatlarında başlayan yanğını söndürmək 3,5 saat çəkib.
Yanğın zamanı 36 nəfərin öldüyü, 2 nəfərin yaralandığı, 2 nəfərin itkin düşdüyü bildirilib.
Səbəbi hələ müəyyən edilməmiş yanğınla bağlı araşdırmalar davam edərkən bəzi şübhəlilərin saxlanıldığı qeyd edilib.
Qeyd edək ki, Çində infrastrukturun köhnəlməsi və ya əməyin mühafizəsi tədbirlərinin qeyri-kafi olması səbəbindən istehsal və anbar obyektlərində zaman-zaman insan tələfatına səbəb olan yanğınlar baş verir.
İyun ayında da Çinin Sinopec neft-kimya şirkətinin Şanxaydakı fabrikində baş verən yanğında bir nəfər ölüb.
2019-cu ildə Jiangsu əyalətinin Yançinq şəhərində kimya fabrikində baş verən partlayışda 78 nəfər həlak olmuş, fabrikin ətrafındakı evlərə ciddi ziyan dəymişdi.
2015-ci ildə Tienjin limanında kimyəvi maddələrin saxlandığı anbarlarda baş verən partlayışda 173 nəfər həyatını itirmişdi.
Busaat.az























