Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 760 $▲1.01%
  • Ethereum1 807 $▲2.16%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çində koronavirusu aşkar edən Jiang Yanyong dünyasını dəyişib - FOTO

image-kapak_120028
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2003-cü ildə Çin səlahiyyətliləri tərəfindən Sars epidemiyasının ört-basdır edilməsini “açıqlayan” keçmiş hərbi cərrah Jiang Yanyong-un 91 yaşında sətəlcəmdən vəfat etdiyi bildirilir.

Jiang Çin səlahiyyətlilərinin Sars virusunun ilkin mərhələlərində “təhdidi lazımi səviyyədə qiymətləndirmədiyini” açıqlayan bir məktub yazdıqdan sonra insanların həyatını xilas etdiyi üçün təqdir edilib. Lakin bir müddət sonra o, ev dustaqlığına məhkum edilib.

Jiang-ın hərəkətləri o zaman Çinin səhiyyə nazirinin və Pekin merinin işdən çıxarılmasına səbəb olub.

“Mən yalnız Çini xilas etmək üçün deyil, dünyanı xilas etmək üçün baş verənləri üzə çıxarmalı olduğumu hiss etdim”, – Jiang o zamanlar başına gələnlər barədə deyib.

O, ictimai mövqeyinə görə bir neçə vətəndaş mükafatı, o cümlədən 2004-cü ildə Dövlət Xidmətinə görə Ramon Maqsaysay Mükafatı almışdır. Mükafat mətnində “Çinin susqunluq vərdişini qırmaq və Sars həqiqətini üzə çıxarmaq” qeyd edilib.

Qeyd edək ki, 2003-cü ildə dünyada 8000-dən çox insan Sars virusuna yoluxmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəqəmlərinə görə, onlardan 774-ü dünyasını dəyişib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103958