
Çində partiya və dövlət qurumlarında islahatlar planı qəbul edilib
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Pekində keçirilən ikinci plenar iclasında ölkənin partiya və dövlət qurumlarında islahatların aparılması planı qəbul edilib.
Busaat.az bu barədə Sinxua agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Çin prezidenti Si Tsipin qəbul edilən plana aydınlıq gətirib. Onun sözlərinə görə, planın bir hissəsinin martın 5-də Çinin paytaxtında açılacaq Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÇXP, Çin Xalq Respublikası Parlamenti) illik sessiyasının deputatlarının müzakirəsinə müvafiq qaydada təqdim edilməsi qərara alınıb.
Busaat.az























