
Çində zəncirvari qəza: 200 avtomobilin toqquşdu
Çinin mərkəzi Henan əyalətinin Zhengzhou şəhərində qatı duman səbəbindən körpüdə 200-dən çox avtomobil toqquşub.
Busaat.az xəbər verir ki, hadisə nəticəsində ən azı bir nəfər ölüb.
Hadisə çərşənbə günü səhər saat 7:40-da Zhengzhou şəhərində ikitərəfli avtomobil körpüsündə baş verib. Qatı duman səbəbindən çoxlu sayda avtomobil bir-birinə çırpılıb. Çin Mərkəzi Televiziyasının məlumatına görə, qəza nəticəsində azı bir nəfər ölüb.
Hadisə yerində işləyən xilasedicilərdən biri yerli Henan Jiaotong radiosına bildirib ki, ilkin ehtimala görə, qəzada 200-dən çox avtomobil iştirak edib.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, hadisə yerinə 11 yanğınsöndürən maşın və 66 xilasedici gəlib.
Busaat.az























