Məzmuna keç
  • Brent neft88.77 $▼4.00%
  • WTI neft82.03 $▼3.20%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.386 $▲7.08%
  • Qızıl3 726 $▼1.60%
  • Gümüş44.96 $▼1.86%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 291 $▼3.98%
  • Ethereum1 763 $▼3.31%
  • S&P 5007 324▼0.23%
8°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Çindən ŞOK AÇIQLAMA: Koronavirus bu ocaqlar tərəfindən yaradılıb

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çoxsaylı araşdırmalar göstərir ki, pandemiya planetin müxtəlif bölgələrindəki ayrı-ayrı xəstəlik ocaqları tərəfindən yaradılıb, Çin isə sadəcə yeni koronavirusun aşkar edilməsi barədə məlumat verən ilk ölkə olub.

Busaat.az Publika-ya istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ öz müsahibəsində deyib.

“Biz zamanla yarışa girmişdik və dünyaya yoluxma halları barədə məlumat verən birinci ölkə olduq. Getdikcə daha çox araşdırmalar göstərir ki, pandemiya çox yəqin ki, dünyanın müxtəlif yerlərindəki ayrı-ayrı xəstəlik ocaqları tərəfindən yaradılıb”, – o bildirib.

Van İ qeyd edib ki, Çin COVID-19-la mübarizədə beynəlxlaq əməkdaşlığın kökündə olub və qlobal sinerjinin formalaşmasına təsir göstərib. “Faktların obyektiv təqdim olunması və pandemiya ilə mübarizədə kollektiv yaddaşın yalana məruz qalmaması üçün biz qətiyyət göstərmişik”, – çinli nazir əlavə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Hazırda 85 milyon 247 min 909 nəfər bu virusa yoluxub, 1 milyon 847 min 819 nəfər isə koronavirusdan ölüb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=29686