Çindən Tayvana: “Güc tətbiqini istisna etməyəcəyik”

image-cin-abd-yaptirimli-rus-sevdalisi-generali-savunma-bakani-olarak-atadi-1678624356-569-x750backend

Çinin müdafiə naziri Li Şanqfu Tayvanı yenidən “Çinə birləşdirmək üçün” gücdən istifadəni istisna etməyəcəklərini söyləyib.

Busaat.az xəbər verir ki, Li Şanqfu Asiya-Sakit Okean regionunun ən mühüm təhlükəsizlik forumu olan Şanqri-La Dialoqunda iştirak etmək üçün gəldiyi Sinqapurda həmkarı Ng Eng Hen ilə görüşüb.

Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kıfeyin görüşdən sonra Sinqapurda mətbuata verdiyi açıqlamaya görə, Li Çinin Tayvanla sülh yolu ilə birləşməyə tərəfdar olduğunu, lakin lazım gələrsə, güc tətbiqini “qəti şəkildə” istisna etməyəcəyini vurğulayıb.

Li Tayvandakı Demokratik Tərəqqi Partiyasının (DPP) hakimiyyətinin müstəqillik üçün digər ölkələrdən dəstək almasının qəbuledilməz olduğu mesajını verib.

“Biz səmimi şəkildə sülh yolu ilə birləşmək üçün əlimizdən gələni edəcəyik. Bununla belə, DPP hakimiyyətinin Tayvanın müstəqilliyi üçün kənardan dəstək axtarmasına heç vaxt icazə verməyəcəyik. Xarici güclər Tayvanı Çini mühasirəyə almaq üçün istifadə edir və güc tətbiqini istisna etməyə heç vaxt söz verməyəcəyik”, – Tan deyib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90