
Çinə məxsus hərbi gəmi Yaponiyanın ərazi sularını pozub - Müdafiə Nazirliyi
Yaponiya Çinə məxsus müşahidə gəmisinin ölkənin ərazi sularına daxil olduğunu açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin açıqlamaya verib.
Çin gəmisi xəbərdarlıqlardan sonra ərazini tərk edib.
Qeyd edək ki, baş verən hadisəylə bağlı Yaponiya tərəfi Çin hökumətinə öz narahatlığını bildirib.
Busaat.az























