
Çinin “Bir kəmər, bir yol” təşəbbüsü Hindistan istisna olmaqla, bütün ŞƏT ölkələri tərəfindən dəstəklənib
Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan Çinin “Bir kəmər, bir yol” investisiya və ticarət təşəbbüsünü dəstəkləyir.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə ŞƏT dövlət başçılarının Yeni Dehlidə imzaladığı birgə bəyannamədə deyilir.
“Bir kəmər, bir yol” təşəbbüsü 2013-cü ildə Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən irəli sürülüb. O, simvolik olaraq qədim İpək Yolunu canlandırır. Onun məqsədi Çinin Mərkəzi Asiya, Yaxın Şərq, Avropa, Afrika və digər regionların bazarlarına çıxışı, eləcə də daha çox ölkənin iştirakı ilə beynəlxalq ticarət və investisiya layihələrinin aktivləşdirilməsi və kapitalından istifadə edilməsidir. Artıq 150-dən çox ölkə və beynəlxalq təşkilat bu təşəbbüsə qoşulub.
Busaat.az























