Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 356 $▼4.20%
  • Ethereum1 818 $▼5.66%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çinin enerji potensialını artırmaq səylərini izləyirik - ABŞ

image-blinken-nato-aa-1912458_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ dövlət katibi Antoni Blinken Pekinə səfəri öncəsi keçirilən mətbuat konfransında açıqlama verib.

Busaat.az-ın xarici mediaya istinadən məlumatına görə, Blinken iddia edib ki, Çinin Kubadakı casusluq hərəkətləri Pekin hökumətinin xaricdəki mövcudluğunu genişləndirmək üçün qlobal səylərinin bir hissəsidir.

Çinin dünya üzrə hərbi güc imkanlarını artırmaq səylərinin qarşısını almaq üçün diplomatik addımlar atıldığına diqqət çəkən Blinken, keçmiş prezident Donald Tramp administrasiyasının Çinin Kubadakı kəşfiyyat məlumat toplama fəaliyyətindən xəbərdar olduğunu, lakin bunun önünü almaq üçün “kifayət qədər irəliləyiş əldə etmədiyini” bildirib.

Blinken əlavə edib ki, ona Kubadakı hadisələr də daxil olmaqla, hərbi gücünü artırmaq üçün Çinin xaricdəki logistika və baza infrastrukturunu genişləndirmək səyləri barədə məlumat verilib.

Co Baydenin komandasına Çinin təmasda olduğu dövlətlərlə birbaşa əlaqə qurma təlimatı verdiyini deyən Blinken deyib: “Bu yanaşmanı sakit və diqqətlə tətbiq edirik. Atdığımız hər addımı izah edə bilmərəm, amma strategiya diplomatiya ilə başlayır”.

Qeyd edək ki, Wall Street Journal (WSJ) qəzeti yazıb ki, “yüksək məxfi kəşfiyyat məlumatlarına bələd olan ABŞ rəsmiləri” Çinin Kubada elektron dinləmə obyekti yaratmaq üçün Havana ilə əlbir olduğunu bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Çinin Havana administrasiyası ilə Kubada “gizli obyekt” yaratmaq üçün “prinsipcə razılaşdığına” dair xəbərləri təkzib edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112598