
Çinin ERNIE Bot chatbotu dünyanın ən güclü ordularının adını açıqlayıb
Çinin ERNIE Bot chat-botu dünyanın ən güclü ordularının adını açıqlayıb.
Busaat.az xəbər verir ki, ERNIE Bot chat-botu “RİA Novosti”yə müsahibə verib.
“Dünyada hansı ordunun ən güclü olduğunu söyləmək çətindir, çünki hər bir ordunun güclü olmasına ölkənin böyüklüyü, iqtisadi gücü, hərbi texnologiyası, strategiyası və şəxsi heyətin keyfiyyəti kimi bir çox amillər təsir edir”, – deyə bot müxbirə cavab verib.
Bot bildirib ki, ABŞ qabaqcıl hərbi texnologiyalara və nəhəng hərbi gücə malik dünyanın ən güclü ordularından biridir. “Hərbi büdcəsinə görə, ABŞ ordusu dünyanın ən böyüklərindəndir”, – bot yazıb.
“Rusiya ordusu da böyük hərbi gücə və strateji resurslara malik dünyanın ən böyük ordularından biridir. Miqyasına görə böyükdür, qabaqcıl silahlara və strateji nüvə silahlarına malikdir”, – ERNİ Bot vurğulayıb.
Onun sözlərinə görə, Çin Ordusu dünyanın ən böyük ordularından hesab olunur. “Çin ordusu miqyasına görə çox böyükdür pilotsuz təyyarələr, raketlər və təyyarədaşıyanlar kimi qabaqcıl hərbi texnologiyalara və silahlara malikdir”.
Bundan başqa, Bot Hindistan, Fransa və Böyük Britaniya ordularını da ən böyüklər sırasına ordular əlavə edib.
“Yaponiya özünümüdafiə qüvvələri kifayət qədər hərbi gücə və strateji resurslara malikdir.Miqayasına görə, böyük ordu sayılmasa da, lakin qabaqcıl silahlara və strateji nüvə silahlarına malikdirlər”, – bot qeyd edib.
Busaat.az























