
Çinin Kanadadakı seçkilərə müdaxiləsi ilə bağlı araşdırmalara başlanılıb - Castin Trudo
Kanadanın baş naziri Castin Trudo müstəqil xüsusi məruzəçinin Çinin son seçkilərə müdaxiləsi ilə bağlı səsləndirilən iddiaların araşdırılacağını bildirib.
Busaat.az xəbər verir ki, təyin edilmiş müfəttiş 2019 və 2021-ci il seçkiləri ilə bağlı məxfi hesabatları nəzərdən keçirəcək və gələcək seçkilər üçün tövsiyələr verəcək.
Çin hökuməti iddiaları “tamamilə əsassız və böhtan” adlandırıb.
Trudo, Kanadanın “suverenliyinə” meydan oxuyan hesabatların narahatedici olduğunu və kanadalıları dərindən təsirləndirdiyini bildirib.
“Mən geniş mandata malik müstəqil xüsusi məruzəçi təyin edəcəyəm və o, demokratiyamızı gücləndirmək üzrə ekspert məsləhətləri verəcək”, – Trudo deyib.
Qeyd edək ki, son həftələrdə kəşfiyyat mənbələrindən alınan məlumatlara əsaslanan Global News-da bir sıra xəbərlər Çin Kommunist Partiyasının son iki federal seçkiyə müdaxilə etdiyi barədə iddialar ortaya qoyub.
Busaat.az























