Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 088 $▼1.66%
  • Ethereum1 902 $▼1.33%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çinin keçmiş prezidenti Jiang Zemin vəfat etdi

image-1616873959_vefat-etdiii
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çinin keçmiş lideri Jiang Zemin 96 yaşında vəfat edib.

Busaat.az xəbər verir ki, 1993-2003-cü illərdə Çinin prezidenti olmuş və Çin Kommunist Partiyasında yüksək vəzifələrdə çalışan Jiang Zeminin dünyasını dəyişdiyi açıqlanıb.

Çin xəbər agentliyi Sinxua Jiangın xərçəng xəstəsi olduğunu və orqan çatışmazlığı səbəbindən dünyasını dəyişdiyini açıqlayıb.

Tiananmen dövründən sonra 96 yaşlı Zemin ABŞ-la bir sıra diplomatik əlaqələr qurub və münasibətləri normallaşdırıb. Onun dövründə Çin 1997-1998-ci illərdə Asiya iqtisadi böhranından çətinlik çəkmədən çıxıb, 2001-ci ildə Dünya Ticarət Təşkilatına üzv olub və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət edib.

Zeminin ölkəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri Honq-Konqun Çinə qaytarılması olub. Sonuncu dəfə 2019-cu ildə ictimaiyyət qarşısına çıxan Zemin həm də Çinin hazırkı iqtisadi sıçrayışının təməlini qoyan adlardan biri olaraq qəbul edilir.

Zemin tərəfindən irəli sürülən “Üç Nümayəndəlik” nəzəriyyəsi 2002-ci ildə Çin Kommunist Partiyasının nizamnaməsinə daxil edilmiş və Mao Zedong və Den Syaopin nəzəriyyələri ilə yanaşı yerini tutub.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92338