
Çinin kritik sektorlara investisiyaları diqqətlə araşdırılmalıdır - Almaniya
“Heç kim Almaniyaya Çinlə ticarətini dayandırmağı təklif etmir, lakin Pekinin kritik sektorlara investisiyaları diqqətlə araşdırılmalıdır”.
Busaat.az xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek Berlində “Sueddeutsche Zeitung” qəzetinin təşkil etdiyi konfransda bildirib.
“Çin ilə iqtisadi əlaqələrin davam etdirilməsinin əleyhinə heç nə danışılmır. Alman iqtisadiyyatı üçün indi onunla tez bir zamanda vidalaşmaq tamamilə qeyri-mümkündür. Ancaq hər şeyə göz yummaq olmaz. Bu o deməkdir ki, iqtisadiyyatımızın kritik sektorlarında kritik investisiyaların strateji təsirini mühakimə etməli və qadağan etməliyik. Almaniya Pekindən asılılığı azaltmağa çalışır və Çinə qarşı yeni strategiya hazırlayır, lakin Avropa və Asiyanın ən böyük iqtisadiyyatları arasında dərin ticarət əlaqələrini nəzərə alsaq, bu çətin ola bilər. Vaşinqton İnflyasiyanın Azaldılması Aktını qəbul etdikdən sonra Avropa da Birləşmiş Ştatlarla ticarət mübahisəsini həll etməyə çalışır. Avropa nöqteyi-nəzərindən bu qanun Ümumdünya Ticarət Təşkilatının qaydalarınının pozulmasıdır və uzunmüddətli prespektivdə qüvvəyə minə bilməz. Bu Avropa üçün nə deməkdir? Biz daha sürətli və qətiyyətlə hərəkət etməliyik. Söhbət ümumiyyətlə puldan getmir, lakin biz onu xərcləməkdə çox ləng hərəkət edirik” –deyə, Robert Habek bildirib.
Qeyd edək ki, bu ilin əvvəlində Almaniya 2026-cı ilədək sənayedə dəyişiklikləri, o cümlədən iqlimin mühafizəsi, hidrogen texnologiyası və elektrikli avtomobillərin enerji doldurma şəbəkələrinin genişləndirilməsini maliyyələşdirmək üçün 200 milyard avro ayırıb.
Busaat.az























