Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 415 $▲2.04%
  • Ethereum1 833 $▲3.65%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çinin xaricdə "gizli polis məntəqələri" fəaliyyət göstərir? – AÇIQLAMA

image-w020221013698267027330
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çin hakimiyyəti xaricdə qondarma “gizli polis məntəqələri”nin mövcudluğunu inkar edir.

Busaat.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning cümə axşamı keçirdiyi brifinqdə deyib.

“Çin beynəlxalq hüquq normalarına əməl etdiyi və hər bir xalqın suverenliyinə hörmət etdiyi üçün başqa ölkələrin işlərinə qarışmamaq prinsipinə sadiq qalır. Haqqında danışdığınız xarici polis mərkəzləri yoxdur” – deyə, diplomat qeyd edib.

Qeyd edək ki, çərşənbə axşamı Yonhap agentliyi Cənubi Koreyanın hüquq-mühafizə orqanlarına istinadən xəbər verib ki, Cənubi Koreya hakimiyyəti xaricdə fəaliyyət göstərdiyi və müxaliflərə casusluq etdiyi iddia edilən “gizli Çin polis idarəsi”nin mövcudluğu ilə bağlı xəbərlərlə qarşılaşıb. Yonhap-ın məlumatına görə, bu məlumat təsdiqlənərsə, ikitərəfli münasibətlərə xələl gətirə bilər.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95019