
Çinlə Tayvan arasında gərginlik yaşanıb
Tayvan ətrafında iki Çin dəniz gəmisi və 11 təyyarə aşkarlanıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Tayvan Müdafiə Nazirliyi Twitter səhifəsində yayıb.
Nazirliyin məlumatına görə, J-11 təyyarəsi və Su-30 təyyarəsi Tayvan boğazının orta xəttinin şərq hissəsində uçub.
Nazirlik əlavə edib ki, Tayvan ordusu vəziyyəti izləyib və bu fəaliyyətlərə dəniz gəmiləri və raket sistemləri ilə cavab verib.























