Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 699 $▼3.70%
  • Ethereum1 831 $▼5.02%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çinli hakerlər ABŞ Dövlət Departamentinin elektron poçtunu sındırıblar

image-default-2023-07-13t145133-096
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu ilin may ayında Çin hakimiyyəti ilə əlaqəsi olan kibercinayətkarlar ABŞ-nin federal agentlikləri də daxil olmaqla Qərbdəki 25 e-poçt ünvanına giriş əldə ediblər.

Busaat.az xəbər verir ki, bu barədə “Microsoft” məlumat yayıb.

“Microsoft” şirkətinin nümayəndələri və ABŞ rəsmiləri qeyd ediblər ki, Çin hakimiyyəti ilə əlaqəsi olan hakerlər  iki federal agentliyi, Dövlət Departamenti və ABŞ Ticarət Departamenti də daxil olmaqla, 25-ə yaxın təşkilatın elektron poçtuna gizli giriş əldə ediblər.

ABŞ federal orqanların elektron poçtlarının sındırılmasını “kifayət qədər tez” aşkar edib və hakerlərin növbəti hücumlarının qarşısını ala bilib – deyə Bayden administrasiyasının milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bildirib.

Dövlət Departamenti və Ticarət Nazirliyi də hücuma məruz qalan departamentlər arasında olduqlarını açıqlayıb.

ABŞ Kibertəhlükəsizliyi və İnfrastrukturun Mühafizəsi Agentliyinin məlumatına görə, hakerlər səlahiyyətli istifadəçiləri təqlid edərək poçta giriş əldə edə biliblər. Onlar saxta autentifikasiya nişanlarından istifadə ediblər.

Haker hücumu ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfərindən əvvəl baş verib.

Associated Press agentliyinin məlumatına görə, anomal aktivlik ABŞ Dövlət Departamenti tərəfindən müşahidə edilib. Agentlik mənbələrinin məlumatına görə,  hücumun qurbanı yalnız az sayda insan olub və cinayətkarların əldə edə biləcəyi məlumatlar məxfi sayılmır.

Qeyd edək ki, zərər çəkmiş idarələr arasında hərbi qurumlar və xüsusi xidmət orqanları yoxdur.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115053