Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 037 $▼0.11%
  • Ethereum1 784 $▲0.89%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Co Bayden ABŞ prezidenti kimi ilk dəfə Ukraynaya səfər edib

image-1382337
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Co Bayden dövlət başçısı kimi ilk dəfə Kiyevə səfər edib. O, ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.

Busaat.az xəbər verir ki, Bayden Volodimir Zelenski ilə görüşündə Ukraynaya daha 500 milyon dollarlıq hərbi yardım paketinin ayrıldığını elan edib.

Bu gün Ukraynada 2014-cü ildə Kiyevdə çevriliş nəticəsində həlak olanların xatirəsini yad etmək üçün təsis edilmiş “Yüz Qəhrəman Günü” adlı bayram qeyd olunur. Prezidentlər  müvafiq memorialın yerləşdiyi Müqəddəs Mayklın Qızıl Qübbəli Monastırını ziyarət ediblər.

Gözlənilməz səfər

Baydenin Kiyevə səfəri mətbuata açıqlanmayıb. Bundan əvvəl onun fevralın 20-dən 22-dək Polşaya səfər edəcəyi açıqlanmışdı.Ağ Ev prezidentin Ukraynaya səfəri planlarını təkzib edib.

Səhər saatlarında Kiyevin mərkəzində yollar bağlanaraq tıxaclara səbəb olub. Ukrayna xarici işlər nazirinin müavini və Andrey Melnik Kiyevin “əsas tərəfdaşlarının” gəlişini gözlədiyini bildirib.

“Politico” qəzetinin Ukrayna parlamentindəki mənbəyə istinadən məlumatına görə, səfər bir həftə ərzində hazırlanıb. “New York Times” bildirib ki, Bayden Polşadan qatarla Ukrayna paytaxtına gəlib.

Yardım və sanksiyalar

“Reuters” xəbər verir ki, Zelenski ilə görüşdə Bayden Ukraynaya 500 milyon dollarlıq yeni yardım paketini açıqlayıb.

Yardım paketinə döyüş sursatları,  tank əleyhinə sistemlər, Javelin sistemləri, həmçinin haubitsa və radarlar daxildir. Zelenski bildirib ki, Baydenlə uzaq mənzilli silahların tədarükü məsələsini də müzakirə edib.

ABŞ prezidentinin Ukraynaya ilk səfəri

Qeyd edək ki, bu, Baydenin ABŞ prezidentİ kimi Ukraynaya ilk səfəridir. O, vitse-prezident olarkən ölkəyə altı dəfə səfər edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101259