
Co Baydenin sabiq köməkçisi Rusiya vətəndaşlığını almaq niyyətində olduğunu açıqlayıb
ABŞ prezidenti Co Baydenin sabiq köməkçisi, Tara Rid Rusiya vətəndaşlığı üçün müraciət etmək istədiyini açıqlayıb.
Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Ümid edirəm ki, burada sağ-salamat yaşayacağam. Rusiyada məni qucaq açıb qarşılayan dostlarıma çox minnətdaram. Vladimir Putindən xahiş edirəm ki, mənə bu vətəndaşlığı versin. ”, – Rid bildirib.
Rid deputat Mariya Butinanın ona Rusiya pasportu almağa kömək edəcəyinə ümid etdiyini qeyd edib.
Busaat.az























