“Coca-Cola”nın öhdəliklərə əməl edib-etmədiyi yoxlanılır

image-29jpg-1749573101backend

Türkiyədə məşhur “Coca-Cola” şirkəti ilə bağlı araşdırma başladılıb.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin Rəqabət qurumu “Coca-Cola”ya qarşı satış məntəqələrində digər rəqiblərinin satışının qarşısını almaq və çətinləşdirmək məqsədi daşıyan fəaliyyətlə məşğul olması şübhəsi ilə araşdırma aparır.

“Coca-Cola”nın Türkiyədə 2021-ci ildə götürdüyü öhdəliklərə əməl edib-etmədiyi də araşdırılacaq.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə bildiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki