
Conson liderlik yarışında iştirak etməyəcəyini bildirib
“İnanıram ki, 2024-cü ildə Mühafizəkarların qələbəsini qazanmağa hazıram”.
Busaat.az xəbər verir ki, Britaniyanın keçmiş Baş naziri Boris Conson Liz Trassın istefasından sonra onun yerinə Mühafizəkarlar Partiyasının liderlik yarışında iştirak etməyəcəyini söyləyib.
“İnanıram ki, 2024-cü ildə Mühafizəkarların qələbəsini qazanmağa hazıram. Mühafizəkarlar Partiyasının üzvləri ilə seçkidə uğur qazanmağım üçün çox yaxşı şans var. Amma son günlərdə təəssüflə belə qənaətə gəldim ki, bu, sadəcə olaraq düzgün iş olmayacaq” –deyə, Conson bildirib.
Busaat.az























