
Continental Rusiya bazarını tərk etmək planlarını açıqlayıb
Alman təkər istehsalçısı Continental, Rusiya bazarından idarə olunan çıxış axtarışlarını davam etdirəcək.
Busaat.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş press-relizdə deyilir.
Məlumata görə, bu qərarı verməsinə səbəb Ukraynadakı vəziyyətdir.
8 mart 2022-ci ildə Continental Rusiyada istehsalın və biznesin, ilk növbədə Kaluqadakı zavodda təkər və komponentlərin istehsalının dayandırıldığını bildirib. Şirkət məhsullarının Rusiyaya ixracını da dayandırıb.
Busaat.az























