Daha bir məşhur serial reytinq qurbanı oldu

image-savscibackend

Fox TV-də yayımlanan və Azərbaycanda da kifayət qədər populyar olan “Savaşçı” serialı tamaşaçılarla vidalaşır.

Busaat.az xəbər verir ki, 4 mövsümdür yayımlanan serial bir müddət ara verdikdən sonra 5-ci sezonu ilə geri dönüş edib. Ancaq heyətinə məşhur simaları daxil etsə də, istədiyi reytinqi əldə edə bilməyib.

Tamer Karadağlı serialla vidalaşdıqdan sonra daha 6 aktyorla razılaşma əldə edilsə də, bu, nəticəyə müsbət təsir etməyib. Bununla da, serialı ərsəyə gətirən prodakşın və kanal rəhbərliyi arasında narazılıq yaranıb.

Ekran işi iki seriyadan sonra, yəni 109-cu bölümdə ekranlara vida edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90