
Daha bir ölkədə 6,5 bal gücündə zəlzələ baş verdi

Cənubi Amerika ölkəsi olan Argentinada 6,5 bal gücündə zəlzələ baş verib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Geoloji Xidməti (USGS) yayıb.
Məlumata görə, Argentinanın şimal-qərbindəki Jujuy bölgəsində yerli vaxtla saat 13:00-da baş verən zəlzələ 209 kilometr dərinlikdə qeydə alınıb.
6,5 bal gücündə zəlzələ Çilinin şimalında da hiss olunub.
İlk təsbitlərə görə zəlzələdə can və mal itkisi olmayıb.























