Danimarka parlament üzvlərindən TikTok-dan istifadə etməməyi istəyib

Danimarka parlament üzvlərindən TikTok-dan istifadə etməməyi istəyibbackend

Danimarkada qanunvericilərə və işçilərə kibertəhlükəsizlik səbəbindən “TikTok”dan istifadə etməmək barədə xəbərdarlıq edilib.

Busaat.az xəbər verir ki, Danimarka parlamenti “casusluq riski”nə qarşı kibertəhlükəsizlik tədbiri olaraq 179 deputat və işçidən Çin mərkəzli “TikTok” sosial media tətbiqini rəsmi telefonlara quraşdırmamağı, quraşdırılanlardan isə yığışdırılmasını istəyib.

Parlamentin spikeri Soren Gade millət vəkillərinə və işçilərə göndərdiyi elektron məktubda qeyd edib: “Telefonunda “TikTok” tətbiqi yüklü olanların onları silmələri tövsiyə olunur” .

Parlament Danimarka Xarici Kəşfiyyat Xidmətinə bağlı Danimarka Kibertəhlükəsizlik Mərkəzinin hesabatından sonra tətbiqin casusluq məqsədilə istifadə oluna biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bu yaxınlarda bəzi Danimarkalı siyasətçilər kibertəhlükəsizlik tədbirləri çərçivəsində “TikTok” tətbiqini rəsmi telefonlarından sildiklərini açıqlayıblar.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90