
Danimarkada İraq səfirliyinin qarşısında Quran kitabı yandırılıb
“Danimarka Vətənpərvərləri” radikal qruplaşmasının iki üzvü Kopenhagendə İraq səfirliyi qarşısında Quranı yandırıb.
Busat.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, Kopenhagendə etiraz aksiyasının təşkilatçısı Quranı yerə qoyub və yerdə uzanan İraq bayrağının yanındakı nimçədə yandırıb.
Agentlik bildirir ki, qrupun etirazçıları bundan əvvəl də ötən həftə analoji nümayiş keçirib və onu sosial şəbəkələrdə canlı yayımlayıblar.
Qeyd edilir ki, bu, iki ölkə arasında münasibətlərin daha da pisləşməsinə səbəb ola bilər.
Busaat.az























