Danimarkada müsəlmanlar Qurani-Kərimin yandırılmasına etiraz ediblər

image-danimarka-aabackend

Danimarka müsəlmanları İsveç və Danimarkada ifrat sağçı Sərt İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludanın Quranı yandıraraq təxribatçı hərəkətlərə yol verməsinə etiraz ediblər.

Busaat.az xəbər verir ki, Türkiyənin Kopenhagendəki Səfirliyi qarşısında keçirilən aksiyada Türkiyənin Kopenhagendəki səfiri Rıza Hakan Tekin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Türkiyə və xarici vətəndaşlar iştirak edib.

Səfir Tekinin salamlama nitqi ilə başlayan proqram Qurani-Kərimin tilavəti ilə davam edib. Danimarka dilində də Quran ayələri oxunub. Danimarkada vətəndaşlar əllərində türk bayraqları daşıyıblar.

Proqramla bağlı mətbuata verilən açıqlamada Paludanın məscid və Türkiyənin Kopenhagen Səfirliyi qarşısında Quran yandırmasının heç vaxt məqbul sayılmayacağı və bu addımın qəbuledilməz olduğu bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90