
Danimarkanın baş naziri NATO-nun baş katibi vəzifəsinə namizəd deyil - Reuters
Danimarkanın baş naziri Mette Frederiksen NATO-nun baş katibi vəzifəsinə namizədlər siyahısında yoxdur.
Busaat.az xəbər verir ki, bu barədə Reuters agentliyinə Frederiksen özü deyib.
“Mən bu vəzifəyə namizəd deyiləm”, – Frederiksen bildirib.
Ötən həftə “Politico” qəzeti Frederiksenin NATO-nun yeni baş katibi rolunu ciddi şəkildə nəzərdən keçirdiyini yazıb. Qəzetin yazdığına görə, o, bir neçə parametrə uyğun gəlir.
Qeyd edək ki, indiki baş katibin səlahiyyət müddəti sentyabrın sonunda başa çatır.
Busaat.az























