Daşaltı şəhidinin bacısı: “Heç olmasa məzarı olacaq, ziyarətinə gedə biləcəyik

image-dasalti-sehidinin-bacisibackend

“İllərdir həsrətlə qardaşım Arazın yolunu gözləyirdik. 31 il keçsə də, onun meyitinin qalıqlarının tapılıb gətirilməsinə belə şükür edirik”.

Busaat.az xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşən və Vətən müharibəsindən sonra basdırıldığı yer müəyyənləşdirilən Araz Rüstəmovun bacısı Gülzəman Xəlilova deyib.

“Heç olmasa məzarı olacaq, yasin oxutdura, ziyarətinə gedə biləcəyik. Anam oğul həsrəti ilə dünyadan köçdü. 44 günlük Vətən müharibəsində böyük qardaşımın oğlu Rəhmət Rüstəmov da iştirak edib. Əmisinin qisasını alaraq sağ-salamat geri qayıtdı”, – mərhumun bacısı əlavə edib.

Xatırladaq ki, Rüstəmov Araz Bağı oğlu 1968-ci il aprelin 7-də Xızının Giləzi qəsəbəsində anadan olub.

1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşüb. 2020-ci il noyabrın 9-da Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Ekspertiza zamanı meyit qalıqlarından birinin A.Rüstəmova məxsus olduğu təsdiqlənib.

Şəhid avqustun 24-də Giləzi qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki