
Dəhşətli görüntülər: 40-dan çox avtomobil bir-biri ilə toqquşdu - VİDEO
Macarıstanın paytaxtı Budapeşt yaxınlığında yerləşən magistral yolda zəncirvari yol qəzası baş verib. Dəhşətli qəzada 42 avtomobilin toqquşması nəticəsində 13-ü ağır olmaqla 36 nəfər xəsarət alıb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, qəzaya düşən 19 avtomobildə yanğın baş verib, bir çox avtomobil yararsız hala düşüb.
Macarıstan Milli Fəlakətdən Mühafizə Müdirliyindən verilən açıqlamada bölgəyə çoxlu sayda yanğınsöndürən və təcili yardımın göndərildiyi, yaralıların isə helikopterlərlə xəstəxanaya çatdırıldığı bildirilib.
Qəzanın səbəbi hələlik rəsmi orqanlar tərəfindən açıqlanmasa da, qəzanın magistral yol ərazisində qəfildən görmə məsafəsini azaldan toz fırtınası nəticəsində baş verə biləcəyi bildirilib.
Qəzaya qarışan avtomobillərdən birinin avtomobilin kamerası ilə qeydə alınan görüntülərdə yolda görmə məsafəsinin zəif olduğu görülür.
Busaat.az























