Deputat Livan və Suriya ermənilərinin Qarabağa köçürülməsindən danışdı

Deputat Livan və Suriya ermənilərinin Qarabağa köçürülməsindən danışdıbackend

“Livan və Suriyada yaşayan ermənilərin müxtəlif vədlərlə aldadılaraq Dağlıq Qarabağa köçürülməsi Ermənistanın işğalçı ölkə olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Amma rəsmi Yeravan indiyə qədər olduğu kimi Azərbaycanın işğal altında olan torpaqlarında apardığı qanunsuz məskunlaşdırma ilə də heç nəyə nail ola bilməyəcək”.

Bunu “Report”a Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

O qeyd edib ki, Ermənistanın xarici ölkələrin vətəndaşı olan erməniləri Dağlıq Qarabağda yerləşdirməkdə məqsədi tarixi saxtalaşdırmaq, işğal faktını və etnik təmizləməni ört-basdır etmək, işğala əsaslanan status-kvo vəziyyətini möhkəmləndirmək və həmin ərazilərdə guya ermənilərin sıx yaşadıqlarına dair görüntü yaratmaqdır: “Lakin indi 90-cı illər deyil və bütün dünya həqiqəti bilir. Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bu işğalı pisləyən çoxlu sayda qərar və qətnamələr qəbul ediblər. Həmin sənədlərdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu aydın formada yazılıb. Livan və Suriya ermənilərinin işğal altındakı torpaqlarımıza köçürülməsi tarixi həqiqəti dəyişə bilməz. Tarixi həqiqət isə ondan ibarətdir ki, Dağlıq Qarabağ qədim Azərbaycan torpağıdır və həmişə də belə olacaq”.

Deputat bildirib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma aparması beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının, eləcə də rəsmi Yerevanın üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasıdır.

Ülvi Quliyev
Ülvi Quliyev
Ü.Quliyev hesab edir ki, Dağlıq Qarabağda yerləşdirilən ermənilər bir müddət sonra peşman olacaqlar. Deputat vurğulayıb ki, həmin ermənilərin aldadıldığı şübhə doğurmur: “Ermənistan rəhbərliyi Livan və Suriya ermənilərinə müxtəlif vədlər verib, Dağlıq Qarabağa gətirir. Amma həmin vədlərin heç biri yerinə yetirilməyəcək. Çünki Ermənistan ağır sosial-iqtisadi problemlər məngənəsində çabalayır. Baş nazir Nikol Paşinyan vədlərinin heç birini yerinə yetirə bilmir. Ona görə də müxtəlif təxribatçı addımlarla diqqəti yayındırmağa çalışır. Amma ermənilər aldadıldıqlarını dərk edirlər və hakimiyyətdən narazılıqlar günü-gündən artır.

Livan və Suriyadan köçürülən ermənilər də bir müddət sonra ağır sosial-iqtisadi problemlərlə üzləşəcəklər və onda aldadıldıqlarını dərk edəcəklər. Lakin getməyə yerləri də olmayacaq, çünki Dağlıq Qarabağdakı separatçı rejim onları girov kimi saxlayır”.

Ü.Quliyevin sözlərinə görə, hətta işğaldan əvvəl Dağlıq Qarabağda yaşayan ermənilər də son illərdə oranı kütləvi formada tərk edirlər. Deputatın fikrincə, bu da səbəbsiz deyil və bir növ etiraz xarakteri daşıyır: “Çünki Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçı rejim oradakı ermənilərlə qul kimi davranır. Bundan başqa, orada sosial-iqtisadi vəziyyət çox ağırdı, insanlar dilənçi vəziyyətində yaşayır.

Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşan ermənilər gözlərini xaricdən göndərilən ianələrə dikiblər, ümidləri həmin yardımlaradır. Həmin ianələr isə separatçı rejim rəhbərliyi tərəfindən mənimsənilir. Son illərdə orada aşkarlanan korrupsiya və rüşvət faktları da bunu təsdiqləyir.

Ona görə də Livandan və Suriyadan Dağlıq Qarabağa köçürülən ermənilər onları nə qədər ağır sosial-iqtisadi durum gözlədiyini indidən bilməlidirlər və yalançı vədlərə inanmamalıdırlar.

Bundan başqa, hamı, o cümlədən Livan və Suriya erməniləri də yaxşı bilməlidirlər ki, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Əgər bu danışıqlarla, sülh yolu ilə mümkün olmasa, mübaribə yolu ilə olacaq. Savaş başlayanda isə Ermənistan və separatçı rejim mülki ermənilərdən sipər kimi istifadə etməyə çalışacaq. Onda Livan və Suriya erməniləri də ayaq altında qalacaq”.

Ü.Quliyev yaranmış vəziyyətin region və dünya üçün təhlükəsinə də diqqət çəkib. Onun fikrincə, Ermənistan Dağlıq Qarabağı terrorçuların yuvasına çevirir. Deputat bildirib ki, erməni terror təşkilatlarının fəaliyyət göstərdiyi əsas ərazilərdən biri Yaxın Şərqdir: “Liviya və Suriya erməniləri terror təşklatlarının işində fəal iştirak edirlər. Dağlıq Qarabağa köçürülənlər arasında da belələri var. Ermənistan isə həmin terrorçuları gizlədir və onlardan muzdlu kimi istifadə edir. Bu da bütün bölgə və dünya üçün təhlükədir”.

Deputat beynəlxalq təşkilatları Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırmanın qarşısını almağa çağırıb. Ü.Quliyev deyib ki, Ermənistanın və separatçı rejimin bir çox hərəkətlərinə göz yuman beynəlxalq qurumlar, xüsusən də tərəflər arasında vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri bu dəfə susmamalıdırlar və vəziyyətə dərhal müdaxilə etməlidirlər: “Ermənistan Livan və Suriyadan erməniləri Dağlıq Qarabağa köçürdüyünü gizlətmir. İşğalçı ölkənin rəsmiləri bununla bağlı müxtəlif bəyanatlar səsləndiriblər. Eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülən ermənilər mətbuata müsahibələr veriblər, bununla bağlı video görüntülər də var. Yəni qanunsuz məskunlaşdırmanı sübut etmək üçün əlavə dəlil-sübuta ehtiyac yoxdur. Minsk qrupunun həmsədrləri gözlərinin qarşısında cərəyan edən bu prosesə münasibət bildirməli, Ermənistanı növbəti qanunsuzluqdan çəkindirmək üçün əməli addımlar atmalı və işğalçıya təzyiqi artırmalıdırlar. Əks halda Ermənistan cəzasız qalır və növbəti qanunsuzluğa şiriniklənir. İşğalçını dayandırmağın zamanı çoxdan çatıb

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90