Milli Məclisin deputatı Şahin İsmayılov Azərbaycan yığma komandasının öz meydanında Lüksemburqa uduzmasına özünəməxsus şəkildə reaksiya verib.
Busaat.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında milli komandamız haqda yazıb: “Futbol üzrə milli komandamızı “təbrik” edirəm. Onlar növbəti dəfə tarix yazdılar”.
Qeyd edək ki, Azərbaycan bu gün öz meydanında Lüksemburqa 1:2 hesabıyla məğlub olub.