“Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ

“Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİbackend

Təhsil Nazirliyinin təşkilaçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” proqramının mayın 6-na olan cədvəli açıqlanıb.

Nazirlikdən Busaat.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da XI sinif – Biologiya, Kimya, İngilis dili, Ümumi tarix, Coğrafiya; 11:05-də X sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 11:55-də IX sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 12:45-də V sinif – İngilis dili, Azərbaycan dili, Təsviri İncəsənət; 13:15-də II sinif – Azərbaycan dili, Musiqi; 13:30-da I sinif şagirdlərinə, Azərbaycan dili, Riyaziyyat, Musiqi dərsləri olacaq.

Rus bölməsi üçün 14:00-da II sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:20-də VI sinif – Biologiya, Coğrafiya, İnformatika, Rəqəmsal bacarıqlar; 15:00-da VIII sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:45-də XI sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90