
Dialoq Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün açardır - Blinken
ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda aparılan danışıqlara münasibət bildirib.
Busaat.az xəbər verir ki, diplomat bu barədə tvitter hesabında paylaşım edib.
“Bu həftə xarici işlər naziri Ararat Mirzoyan və xarici işlər naziri Ceyhun Bayramov ilə Corc P.Şultz adına Milli Xarici İşlər Təlim Mərkəzində sülh danışıqlarına ev sahibliyi edirik. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”, – Blinken tvitterdə yazıb.
Busaat.az























