Distant təhsilimizin komputer dərdi: Problem həllini tapmır

Distant təhsilimizin komputer dərdi: Problem həllini tapmırbackend

“Bir neçə il əvvəl hər 20 şagirdə 1 kompüter var idi, sonradan bu rəqəm daha da az oldu”.

Busaat.az xər verir ki, bunu Təhsil naziri Emin Əmrullayevin tədrisdəki kompüter problemi ilə bağlı fikirlərini təhlil edən təhsil eksperti Kamran Əsədov bildirib.

Təhsil ekspertinin fikrincə, hər il orta məktəblərə Təhsil müəssisələrinə azı 6000 ədəd kompüter, 3000 ədəd notebook verilir ki, bu da 100 mindən çox internetə çıxış aləti deməkdir:

“Bir neçə il əvvəl hər 20 şagirdə 1 kompüter var idi, sonradan bu rəqəm daha da az oldu. Hazırda məktəblərə dərs yoxdur və bu alətləri aztəminatlı ailələrə vermək olmazmı? Yoxsa bəzi direktorlar onları artıq özününküləşdirməyə nail olub və ya Təhsil Nazirliyi tərəfindən davamlı olaraq məktəblərin lazımi vəsaitlərlə “təmin etməsində” problemlər var?

Məndə olan rəsmi məlumata görə məktəblərdə 83 min kompüter var. Sevindirici haldır ki, bu gün respublika ərazisində hər 19 şagirdə bir kompüter düşür. Yəni, orta məktəblərimizin əksəriyyəti kompüterlə tam təchiz edilib. Amma bunlar təkcə kompüterlərdir. Axı 40 minə qədər də notebook Təhsil nazirliyi tərəfindən məktəblərə verilib. Hələ bura bir neçə xarici ölkə tərəfindən hədiyyə edilənləri demirəm. Misal üçün, Yaponiya, Koreya, Çin hökumətləri tərəfindən bir neçə dəfə notebooklar hədiyyə edilib”.

Nazirin “1 şagird, 1 kompüter” sistemi tətbiq olunan ölkələrin təhsil sahəsində elə ciddi uğurlar əldə edilmədiyi fikrinə də toxunan Kamran Əsədova görə, bu yanaşma doğru deyil:

“Misal üçün, bu sistemi tətbiq edən ölkələrdən biri Banqladeşdir. Bu ölkənin təhsil reytinqi bizdən dəfələrlə yuxarıdadır. Nazirin yanaşması ilə məsələyə baxsaq, onda Sinqapur dərsliklərindən istifadə etmək ümumiyyətlə yanlışdır. Çünki onların təhsil sistemi və dərs metodu olduqca sərtdir ki, bunun da nəticəsində dünyada ən çox intihar edən şagirdlər bu ölkənin payına düşür”.

Qeyd edək ki, Təhsil naziri ölkədə distant təhsillə bağlı vəziyyətə toxunub. O, vurğulayıb ki, ölkədə 1 milyon 500 min şagird var. Amma Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda yoxdur. Şagirdlərin hamısını kompüterlə təmin etsək belə, problem həll olunmayacaq. Əksinə daha ciddi problemlər yaranacaq.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90