Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 500 $▲2.17%
  • Ethereum1 833 $▲3.67%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

DNT analizi naməlum bir insan qrupunu aşkar etdi

image-kapak_010241
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yeni araşdırma son Buz Dövründə indiki Sibirdə yaşamış, əvvəllər məlum olmayan bir insan qrupunu aşkar edib.

Busaat.az xəbər verir ki, təhlillərə görə, bu sirli qrupun Afrikadan Şimali Amerikaya köçmüş çoxsaylı insan qrupları ilə genetik əlaqələri var.

Alimlər bu qrupun Şimali Amerikadan Berinq dənizi vasitəsilə Şimali Asiyaya köç etdiyini düşünürlər.

Qədim amerikalıların genetik irsinin bu gün də Sibirin şimal-şərqində yaşayan bəzi insanlarda mövcud olması da tapıntıları təsdiqləyir.

Tədqiqatın arxasında Maks Plank Təkamül Antropologiya İnstitutunun alimləri dayanır.

Onların bu tapıntılara çatmaq üçün 7500 il əvvəl Sibirin Altay bölgəsində yaşamış 10 nəfərin qalıqlarını təhlil etdikləri vurğulanıb. Əldə edilən məlumatlar bugünkü Avrasiya və yerli Amerika populyasiyalarının genetik quruluşu ilə müqayisə edilmişdir.

İnsanların Berinq dənizi vasitəsilə Şimali Asiyadan Şimali Amerikaya köç etdiyi məlum idi. Lakin bu araşdırmada aşkar edilən Asiyaya əks miqrasiya elmi ictimaiyyət üçün yenidir.

Əslində, antropoloqlar insanların Amerikaya ilk dəfə nə vaxt ayaq basması ilə bağlı razılaşmırlar. Bir çoxları bunun 15 000 il əvvəl baş verdiyini iddia etsə də, digərləri qitədə insan varlığının əlamətlərinin 30 000 il əvvələ aid olduğunu söyləyir.

Tədqiqatçıların fikrincə, yeni tapıntılardan çıxarılacaq əsas nəticə ondan ibarətdir ki, Şimali Asiya, Cənubi Sibir və Şimali Amerikadakı geniş ərazilər hələ 10.000 illər əvvəl bir neçə əlaqəli insan qrupuna ev sahibliyi edib.

Digər tərəfdən tədqiq edilən insan qalıqlarından biri də tədqiqatçıların diqqətini çəkib.

“Məni ən çox təəccübləndirən tapıntı Altay bölgəsindəki digər ovçu-yığıcılarla eyni dövrdə yaşamış, lakin tamamilə fərqli genetik profilə malik bir fərdlə bağlı tapıntı idi. Bu şəxsin genetik meyli Rusiyanın uzaq şərqindəki populyasiyalara işarə edirdi” – deyə alimlər xüsusi qeyd edib.

Çinin Fudan Universitetinin alimi Vanq əlavə edib: “Nijnetytkesken fərd dediyimiz bu şəxs, şamanizmin mümkün təmsilləri kimi şərh edilə bilən qiymətli qəbir əşyaların olduğu mağarada tapılıb”.

Qəbir əşyaları Altay bölgəsinə həm mədəni, həm də genetik olaraq müxtəlif qrupların gəldiyini göstərir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97307