Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 760 $▲1.01%
  • Ethereum1 807 $▲2.16%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Doqquz ölkə Ukraynaya 150 Leopard tankı göndərməyə söz verib - ABŞ Müdafiə Naziri

image-pentaqon
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Doqquz ölkə Ukraynaya 150 Leopard tankı göndərmək öhdəliyi götürüb.

Busaat.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukraynaya hərbi yardım üzrə təmas qrupunun onlayn iclasında bildirib.

“Ukraynaya Leopard tankları bağışlayan ölkələrin koalisiyası böyüməyə davam edir. Doqquz ölkə indi 150-dən çox Leopard tankı verməyi öhdəsinə götürüb”, – o deyib.

Nazir əlavə edib: “Bir çox başqa ölkələr Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemi təqdim edib”.

“Biz indi Ukraynanın azadlığı uğrunda mübarizənin həlledici anındayıq. Biz hamımız davamlı qətiyyət və birliyimizi nümayiş etdirməliyik. Bu, öhdəliklərimizi tam və sürətlə yerinə yetirmək deməkdir”, – müdafiə naziri bildirib.

O, həmçinin Ukraynaya göndərilən sursat və hava hücumundan müdafiə sistemlərinin həcmini artırmağa çağırıb.

Pentaqonun məlumatına görə, Rusiyanın hərbi təcavüzü başlayandan bəri ABŞ Ukraynaya 32 milyard dollardan çox vəsait ayırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər Rusiya rəsmiləri göndərilən silahların digər bölgələrə yayılması təhlükəsi barədə xəbərdarlıq ediblər. Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov xəbərdarlıq edib ki, Qərbin Ukraynanı hərbiləşdirməsi birbaşa Avropa və qlobal təhlükəsizliyi təhdid edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104061