Dövlət Miqrasiya Xidməti ölkədə yaşayan əcnəbilərə müraciət edibbackend

Dövlət Miqrasiya Xidməti Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Busaat.az xəbər verir ki, müraciətdə deyilir:

“Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli 310 nömrəli Qərarı ilə xüsusi karantin rejiminin müddəti 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək

Eyni zamanda, sərtləşdirilmiş xüsusi karantin rejiminin Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə etdiyi nəzərə alınaraq, Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla, digər bütün regional miqrasiya idarələri fəaliyyətini tam bərpa edir.

Həmçinin Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar onlayn kurslarda iştirak etmək məqsədilə iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər.

Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzi xidmətdədir”.