Qazax-Tovuz Regional Təhsil İdarəsi məhkəməyə müraciət edib.
Modern.az xəbər verir ki, adı çəkilən regional təhsil İdarəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarından şikayət edib.
Nazirlik Qazax-Tovuz Regional Təhsil İdarəsini İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsini (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) pozmaqda ittiham edib.