DTX bu rayonda İcra Hakimiyyətinin binasına girdi: Başçı və müavinləri həbs edildi – DETALLAR

DTX bu rayonda İcra Hakimiyyətinin binasına girdi: Başçı və müavinləri həbs edildi – DETALLARbackend

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.

Busaat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, artıq icra başçısı və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.

Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

***

“BakuPost” əməliyyatla bağlı bəzi məlumatlar əldə edib.

Məlumata görə, əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub.

Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90