
Dünən Fransada ilin ən isti günü olub
Dünən Fransanın cənubundakı Rona vadisində termometrlər 42,7 dərəcəyə qalxıb.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya İdarəsi məlumat yayıb.
Bu da ilin ən yüksək temperatur göstəricisi kimi qeydə alınıb.
Puy-Saint-Martin və Drome ətraf ərazilərində temperatur 42,5 dərəcəyə qədər yüksəlib.
Artıq 4 rayonda qırmızı həyəcan vəziyyətinə gətirilən ölkədə daha aşağı səviyyədə olan narıncı həyəcan vəziyyəti 46 rayonda üstünlük təşkil edib.
Xüsusilə ölkənin cənubunda havanın temperaturunun həftə ortasına qədər daha da yüksələcəyi gözlənilir.























