Dünya çempionatı: Daha bir cüdoçumuz yarışı medalsız bitirdi

image-cudo1backend

Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

Busaat.az xəbər verir ki, kişilərin yarışında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatamiyə çıxıb.

O, 1/16 finald İliya Sulamanidzeyə (Gürcüstan) uduzaraq yarışla vidalaşıb.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 16-cı yerdədir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90