Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 614 $▲0.79%
  • Ethereum1 815 $▲2.66%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Dünya əhalisi 8 milyarda çatdı - BMT

image-insanlar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Birləşmiş Millətlər Təşkilatının İnsan Fondu 15 noyabr tarixində dünya əhalisinin 8 milyard nəfərə çatdığını bildirib.

Busaat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Fondunun (UNFPA) açıqladığı hesabatda bildirilib.

Hesabata görə, dünya əhalisinin 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard, 2100-cü ildə isə 10,4 milyard nəfərə çatacağı təxmin edilir.

Dünyada əhalinin artım tempi yavaşlasa da, əhalinin 2100-cü ilə qədər artmağa davam edəcəyi gözlənilir.

1970-ci illərdən bəri azalan dünya əhalisinin artım tempi ilk dəfə 2020-ci ildə 1 faizdən (illik) aşağı düşüb.

Dünyanın 7 milyarddan 8 milyard insana yüksəlməsi üçün təxminən 12 il lazım olduğu halda, növbəti milyarda çatmaq üçün təxminən 14,5 il (2037-ci ilə qədər) lazım olacağı gözlənilir.

Proqnozlara görə, Afrikada əhalinin artımı yüksək göstəricilərə görə 2050-ci ilə qədər qlobal artımın yarısından çoxunu təşkil edəcək.

Artımın daha çox Çin, Hindistan və Nigeriyada qeydə alındığı, Cənubi Avropa və Şərqi Asiyada insanların təbii artımında geriləmə müşahidə edildiyi bildirilib.

Hesabatda eyni zamanda artımın qlobal mənfi təsirlərinə diqqət çəkilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90697